Qadin.NET / Bakıda təhlükəli ağaclar kəsildi

Bakıda təhlükəli ağaclar kəsildi

 

Təhlükə doğuran ağacların kəsilməməsindən şikayətlənən Xətai rayonu, Rövşən Əliyev küçəsi, bina 12/14 ünvanının sakinləri səbirsizliklə gözlədikləri günə qovuşdular. ANS TV-nin məlumatına görə, şikayətçilərin əsas narazılığı qocaman ağacların yaratdığı real təhlükədən idi. Son günlərdə baş vermiş külək nəticəsində ağacın uc hissəsi qırılaraq paltar üçün nəzərdə tutulmuş ipdən asılı qalmışdı. Həmçinin qaz xətti də qəzalı ağacın altında yerləşdiyindən təhlükəni 2 qat artırırdı.“İç xəbər” problemi işıqlandırandan sonra məsələ öz həllini tapdı. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları hadisə yerinə gələrək, rəy verilmiş 3 ədəd qovaq ağacını göstərişə uyğun olaraq zərərsizləşdirdilər.Bundan əlavə həyətdəki bağçanın qarşısındakı böyük ağacın budanması işi də görüldü. Çünki bağçadakı uşaqların həyatı üçün böyük təhlükə yaranmışdı.
Mənbə: Milli.Az

 

28 iyun 2014
GO BACK