Qadin.NET / Bu günün tarixi (28.06.2014)

Bu günün tarixi (28.06.2014)

 

Bu günün tarixi (28.06.2014)


Miladi: 28 iyun 2014
Hicri: 30 şaban 1435
İlin 179-cü günü
İlin sonuna 186 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 04.34
Günəş - 06.13
Zöhr - 13.44
Əsr - 18.28
Məğrib – 21.31
İşa – 23.19
1842-ci ildə maarifçi-pedaqoq Həsən Bəy Zərdabi anadan olub
1914-cü ildə aktrisa Barat Şəkinskaya anadan olub
1914-cü ildə Qavrilo Prinsip Avstriya taxt tacının varisi Frans Ferdinandı Sarayevoda öldürüb
1926-cı ildə dövlət xadimi, 1970-78-ci illərdə azərbaycan ssr-in daxili işlər naziri olmuş Arif Heydərov anadan olub
1945-ci ildə Türkiyənin tanınmış aktrisası, “Şərqin Elizabet Teyloru” adlandırılan Türkan Şoray dünyaya gəlib 
1967-ci ildə İsrail Şərqi Qüdsü işğal edib
1996 - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan parlamenti Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün quruma 1992-ci ilin yanvarında müraciət etmişdi. 
1997-ci ildə məşhur boksçu Mayk Tayson rinqdə Holifildin qulağini dişləyib
2000 - AŞPA-nın yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzvlüyü barədə tövsiyə qərarı qəbul edilib. AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Cak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər bitərəf olmaqla Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Mənbə: ANS PRESS

 

28 iyun 2014
GO BACK