Qadin.NET / Bu axşam 6 000 nəfərlik iftar süfrəsi açılacaq

Bu axşam 6 000 nəfərlik iftar süfrəsi açılacaq

Bu axşam 6 000 nəfərlik iftar süfrəsi açılacaq
Bu axşam Türkiyənin İstanbul şəhərində 6 000 nəfərlik iftar süfrəsi açılacaq. ANS PRESS-in xəbərinə görə, iftar süfrəsi Fatih bələdiyyəsinin təşkilatçılığı ilə Sultan Əhməd meydanında açılacaq. Məlumata görə, süfrənin açılacağı meydana Səlimiyə hərbi hissəsindən top da aparılacaq və iftarın vaxtı top atışı ilə elan olunacaq. Top atışını İstanbul valisi Hüseyn Avni Mutlu və Fateh bələdiyyəsinin sədri Mustafa Dəmir həyata keçirəcək. İftar süfrəsində şorba, ətli xörək və desert olacaq. Bundan başqa meydanda olan turistlərə ramazaqn mədəniyyəti barədə ingiliscə məlumat veriləcək. 

Mənbə: ANS PRESS

28 iyun 2014
GO BACK