Qadin.NET / Bu fotolarınız deməsələr də, dostlarınızı əsəbləşdirir

Bu fotolarınız deməsələr də, dostlarınızı əsəbləşdirir

İstirahət etdiyin yerdəki hava proqnozunu göstərən "skrinşot" paylaşmaq istəyirsən? Dayan! Bu mətni oxuduqdan sonra bu fikrindən daşınacaqsan. Çünki insanlar həmin "skrinşot"ları Facebook və ya başqa sosial şəbəkədəki lentlərində görməyə nifrət edirlər. Bəlkə də, nəyinsə xatirinə həmin fotoya "bəyəndim" işarəsi qoyarlar, ancaq real düşüncələri başqadır. Bu cür fotolar insanlarda ikrah hissi yaradır. 
Milli.Az-ın məlumatına görə, populyar turizm xidməti olan Top10.com-un araşdırması bunu deməyə əsas verir. Sayt istifadəçilər arasında maraqlı sorğu keçirib. Respondentlərə "hansı tətil fotoları daha çox qıcıq yaradır?" sualı verilib. 
Cavablara əsasən, ən pis fotoların ilk onluğuna yemək, palma ağacları, hovuz və ya dənizin fonunda qız ayaqları düşüblər. 
Beləliklə, tətil fotolarının anti-reytinqi bu cürdür: 
1. Smartfonda hava proqnozunun "skrinşot"u (51%)
2. "Selfi" - (44%) 
3. "Hot dog" ayaqlar (Çimərliyin fonunda qız ayaqlarının fotoları) -  (32%)
4. Tullanaraq çəkilmiş fotolar - (31%)
5. Optik illüziyalar. Misal üçün, adam elə poza verir ki, sanki, hansısa tarixi binanı ovcunda tutub - (26%)
6. Qum üzərində yazılan ad - (24%)
7. Tantamares üzərində (üz üçün boşluq olan şəkil) fotolar - (21%)
8. Qürub (günəş batan vaxt) şəkilləri - (19%)
9. Səmanın və palmaların fotoları - (16%)
10. Yeməklərin və içkilərin fotoları - (5%) 

Mənbə: Milli.Az

28 iyun 2014
GO BACK