Akamai Technologies şirkətinin növbəti hesabatına əsasən, 2014-cü ilin birinci rübündə dünyada internetə orta qoşulma sürəti 3,9 Mbit/s təşkil edib ki, bu da ötən rüblə müqayisədə 1,8% daha yüksəkdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ən sürətli internet Cənubi Koreyadadır. Belə ki, rüb ərzində bu ölkədə internetə orta qoşulmanın orta sürəti 8 faiz artaraq 23,6 Mbit/s təşkil edib. Bu göstərici üzrə Yaponiya (14 Mbit/s) ikinci, Honkonq (13,3 Mbit/s) üçüncüdür.
Ekspertlər bildiriblər ki, internetə orta qoşulma sürətinə görə ilk onluqda yer alan bütün ölkələrdə artım müşahidə olunub. Bu siyahıda, həmçinin İsveçrə (12,7 Mbit/s), Hollandiya, (12,4 Mbit/s), Latviya (12 Mbit/s), İsveç (11,6 Mbit/s), Çexiya (11,2, Mbit/s), Finlandiya (10,7 Mbit/s) və İrlandiya (10,7 Mbit/s) da yer alıb.Mənfi dinamika müşahidə olunmuş yeganə dövlət reytinqdə səkkizinci yerdə qərarlaşmış Çexiyadır.
Mənbə: Milli.Az