Qadin.NET / Müəllif hüquqları harada çox pozulur?

Müəllif hüquqları harada çox pozulur?

 

ABŞ Konqresi yanında beynəlxalq piratçılığa qarşı mübarizə üzrə İşçi Qrupu müəllif hüquqlarının ən çox pozulduğu ölkələrin siyahısını dərc edib. Siyahıda Rusiya, Çin, İsveçrə və Hindistan kimi ölkələr yer alıb.Məruzə tərtibatçıları qeyd edirlər ki, Rusiya və Çində lisenziyalaşdırılmamış proqram təminatından istifadə səviyyəsi çox yüksəkdir. Məsələn, 2013-cü ildə Çində bu göstərici 74 faiz olub.Milli.Az İCTnews-a istinadən bildirir ki, bazarın perspektivliyinə baxmayaraq Microsoft kimi nəhəng tərtibatçıların satış həcmi bu ölkələrdə yüksək olmayaraq qalır. Microsoft 2012-ci ildə Windows 8 əməliyyat sistemini və Surface planşet kompüterini buraxdıqdan sonra piratçılıqla mübarizə etməyə çalışsa da, bu sahədə uğur qazana bilməyib. Cari ilin mayında isə Çin hökumətinin kompüterlərində Windows 8-dən istifadəyə qadağa qoyulub. Həm Rusiya, həm də Çin ICTPC-nin siyahısında əvvəllər də yer alıb. Hindistanın yerli mətbuatında piratçılıq səviyyəsinin aşağı düşməsi ilə bağlı məlumatların dərc edilməsinə baxmayaraq bu ölkə siyahıda yer alıb. 2013-cü ildə bu göstərici 60 faiz təşkil etməklə 2011-ci ilə nisbətdə 3 faiz az olub.ICTPC gözlənilmədən qara siyahıyaəvvəllər ABŞ ticarət nümayəndəliyinin piratçılığın yüksək səviyyədə olmadığı ölkə kimi hesab etdiyi İsveçrəni daxil edib. İsveçrə siyahıya ilk dəfə 2012-ci ildə Ali Məhkəmənin qərarına görə düşüb, - Vestiwww.vesti.ru yazır.
Mənbə: Milli.Az

 

27 iyun 2014
GO BACK