İyunun 28-də Braziliyada dünya çempionatının 1/8 final mərhələsinin oyunları ilə yanaşı, müsəlman dünyasının müqəddəs aylarından olan Ramazan ayı başlayacaq. Milli.Az Qafqazinfo.Az-a istinadən xəbər verir ki, Braziliyadakı isti və rütubətli havaya baxmayaraq bir çox futbolçu oruc tutacağını elan edib. Almaniya millisinin türk əsilli futbolçusu Məsud Özil verdiyi açıqlamada Braziliyadakı hava şəraiti ilə əlaqədar oruc tutmayacağını bildirib.
Lakin Fransa millsinin əksər üzvləri Kərim Benzema, Mamadu Sako, Bakari Sanya, Pol Poqba, Belçikadan Adnan Yanuzay, Fellaini, Musa Dembele, Nasir Çadli, İsveçrə yığmasından Şerdan Şakiri, Gökhan İnler Braziliyada oruc tutacaqlarını bildiriblər.
Mənbə: Milli.Az