Bu gün Azərbaycanda bir maşının başqa şəxslər tərəfindən etibarnamə ilə idarə olunması adi hala çevrilib. Maşını idarə edərkən etibarnamə, süücülük vəsiqəsi və nəqliyyat vasitəsinin texniki pasportu sürücünün üzərində olmalıdır. Amma bəzi ölkələrdə, misal üçün, Rusiya və Gürcüstanda avtomobilin etibarnamə ilə idarəolunması qaydası ləğv edilib. Milli.Az-ın məlumatına görə, saytına məktub yazan oxucu soruşur ki, 5 nəfərin adına etibarnamə vermək olarmı? Bununla bağlı məhdudiyyət yoxdur ki?
Saytın əməkdaşı oxucunun sualının cavabını öyrənmək üçün 4 saylı notariat kontorunun dövlət notariusu Altay Abbasovla əlaqə saxlayıb. Onun sözlərinə görə, avtomobil sahibi bir neçə nəfərə etibarnamə verə bilər, burada heç bir məhdudiyyət yoxdur.
Onun sözlərinə görə, sürmək üçün etibarnamə sürücünün vəsiqəsinin bitmə müddətinə qədərdir. Baş etibarnamə isə bir illik verilir.
Mənbə: Milli.Az