Qadin.NET / Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi

Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi

 

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunubTrend-in məlumatına görə, dəyişikliyə görə ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası "İctimai iştirakçılıq haqqında" qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tətəfindən müəyyən ediləcək.

Qanun layihəsində o da bildirilir ki, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur.
Eyni zamanda sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasınının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin iştirakçılarına məlumat verir.

Mənbə: Milli.Az

 

27 iyun 2014
GO BACK