Uruqvay millisinin futbolçusu Luis Suares ölkəsinə qayıdıb.Milli.Az qol.az-a istinadən xəbər verir ki, DÇ-2014-də İtaliya ilə görüşdə rəqibin futbolçusu Ciorcio Kyellininin çiynini dişlədiyi üçün doqquz matçlıq cəzalandırılan və dörd ay futbol oynaması qadağan edilən hücumçuya uruqvaylı azarkeşlər dəstək çıxıblar. Xeyli azarkeş L.Suaresi qarşılamaq üçün gecə vaxtı hava limanına gedib.
Bu arada məlum olub ki, Uruqvay Futbol Federasiyası və "Liverpul" klubu Suaresə verilən cəza ilə əlaqədar apelyasiya şikayəti verəcəklər.
Mənbə: Milli.az