Qadin.NET / Həkimlərdən əhaliyə xəbərdarlıq

Həkimlərdən əhaliyə xəbərdarlıq

 

Stansiyanın baş həkiminin müavini Oktay Şahmalıyev Ailəm.Az-a bildirib ki, isti günlərdə insanlar açıq havaya çıxarkən ehtiyatlı olmalıdırlar. Onun sözlərinə görə, artıq günvurma ilə bağlı təcili yardıma müraciətlər daxil olur: “Yay başlayandan indiyədək günvurma ilə bağlı təcili yardıma on bir nəfər müraciət edib. Onlardan səkkizi kişi, üçü qadındır. Dörd nəfər xəstəxanaya yerləşdirilib, digərləri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.O.Şahmalıyev qeyd edib ki, insanlar ehtiyac olmadığı təqdirdə günün altında gəzməməli olduqlarını bilməlidirlər: “Saat 11-dən 18 radələrinədək günəş şüaları altına çıxmamağa çalışmaq lazımdır. Günvurma təkcə isti havada gəzərkən baş vermir. Açıq havada fiziki işlə məşğul olan insanlar isti havalarda daha çox günvurmaya məruz qalırlar. Onlara da tövsiyə edirik ki, günorta radələrində uzunmüddətli fiziki işlə məşğul olmasınlar”.Baş həkimin müavini isti havalarda insanların təbii, açıq rəngli paltarlar geyinməsini, baş örtüklərindən, çətirlərdən, sərinləşdirici mayelərdən daha çox istifadə etmələrini tövsiyə edir. Bundan başqa, günvurmaya qarşı vasitələrdən də istifadə etmək məqsədəuyğundur.  

Mənbə: Milli.Az

27 iyun 2014
GO BACK