Milli.Az modern.Az-a istinadən xəbər verir ki, sessiyanın bundan əvvəlki iclasında 26 məsələ müzakirə olunaraq qəbul edilib. Xüsusi sessiyanın bugünkü iclasının gündəliyinə 6 məsələ daxil edilib.Deputatlar bu iclasda “İnsan Hüquqları üzrə Müvəkkil haqqında”, “Balıqçılıq haqqında” qanunlara dəyişikliklər, Azərbaycan və Fransa arasında fransız liseyinin təsis edilməsi ilə bağlı Sazişin təsdiqi, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər və daha bir neçə sənədə dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini müzakirə edəcəklər. Bundan sonra deputatlar tətilə yollanacaqlar.
Mənbə: Milli.Az