Qadin.NET / Ağcaqanadlardan necə qurtulmalı?

Ağcaqanadlardan necə qurtulmalı?

 

Milli.Az EL TV-yə istinadən bildirir ki, yüksək temperatur, suyun bolluğu və bataqlıqlar Mərkəzi Aran bölgəsində ağcaqanadların çox olmasına şərait yaradır. Ağcaqanad isə insanlarda müəyyən xəstəliklər, xüsusilə də malyariya yarada bilir. Təəssüf doğuran hal budur ki, insanların ev şəraitində ağcaqanadlardan qorunmaq üçün istifadə etdikləri dərmanlar da müəyyən xəstəliklər əmələ gətirə bilir. Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiriTofiq Ələkbərov bildirir ki, bəzi insanlar ağcaqanadlara qarşı olan dərmanın tüstüsündən istifadə edirlər. Bu isə uşaqların ağciyərinə mənfi təsir göstərir. Buna görə də ağcaqanadlara qarşı olan elektriklə işləyən aparatdan istifadə etmək  məsləhətdir. Tofiq Ələkbərovun sözlərinə görə, ağcaqanadların, eləcə də digər belə həşəratların  insanlara ziyan verməməsi üçün Yevlax rayonu ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. 

Mənbə: Milli.Az

27 iyun 2014
GO BACK