Qadin.NET / Aeroport şossesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Aeroport şossesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev Trend-ə bildirib ki, Aeroport şossesinin Heydər Əliyev Beynəlxalq Hava Limanından "Buta Palace"a qədər olan hissəsində üfqi nişanlanma xətlərinin çəkilməsi işləri ilə əlaqədar avtomobillərin hərəkəti bu gün saat 11:00-dan qismən məhdudlaşdırılacaq.Buta Palace"dan Sabunçu Yol Qovşağına qədər olan hissədə isə analoji işlərlə əlaqədar avtomobillərin hərəkəti eyni vaxtdan tam məhdudlaşdırılacaq.Təmir işlərinin bu gün saat 17:00-18:00-a qədər başa çatdırılması nəzərdə tutulur.

Mənbə: Milli.Az

27 iyun 2014
GO BACK