Qadin.NET / Ronaldu hönkür-hönkür ağladı

Ronaldu hönkür-hönkür ağladı

DÇ-2014-ün G qrupunda Qana ilə qarşılaşan Portuqaliya millisi 1/8 finala yüksələ bilməyib.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, pley-off şansları çox aşağı olan bu komandalardan Pireney təmsilçisi 1/8 fianala vəsiqə qazanmaq üçün Qananı 3 top fərqi ilə məğlub edib, ABŞ-ın da Almaniyaya 2 top fərqi ilə uduzmasını gözləməliydi. Lakin gözlənilən nəticə əldə edilmədi. Portuqaliya millisi Qanaya 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finala yüksələ bilməyib.Ulduz futbolçu Kriştianu Ronaldunun komandasının qrup mərhələsini keçə bilməməsi onu çox kədərləndirib və göz yaşlarına hakim ola bilməyib.
Mənbə: Milli.Az
27 iyun 2014
GO BACK