“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bildirir ki, qazdan istifadəyə görə yaranmış debitor borclarını iyun ayının sonunadək tam ödəməyən abonentlərin qaz təchizatı 2014-cü ilin 1 iyul tarixindən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.“Azəriqaz” İstehsalat Birliyi bir daha bütün abonentlərdən təbii qazdan istifadəyə görə yaranmış borclarını vaxtında və tam ödəməyi xahiş edir.
Mənbə: Milli.Az