Qadin.NET / Astronomlar brilyant ulduz tapıblar

Astronomlar brilyant ulduz tapıblar

Alimlər kosmosda “ağ cırtdanlar” sinfindən böyük brilyanta çevrilmiş ulduz tapıblar.ANS PRESS-in məlumatına görə, ölçüsünə görə yeni göy cismi Yerə bənzəyir. NRAO rəsədxanasının alimləri bildirirlər ki, onlar dünyanın ən soyuq və ən parlaq ulduzunu aşkarlaya biliblər. Ulduz bir zamanlar Günəş kimi qaynar olub. Onun yaşı təxminən 11 milyard ildir və öz ömrünü başa vurub. Obyekt çox bərk struktura malikdir, karbon və oksigendən təşkil edilib. Aşağı temperatur üzündən karbon kristallaşıb və indi böyük brilyanta çevrilib.
Mənbə: Milli.Az
27 iyun 2014
GO BACK