Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az ANS PRESS-ə istinadən iyunun 27-də baş verən əlamətdar hadisələrə nəzər salır.
Miladi: 27 iyun 2014
Hicri: 29 şaban 1435
İlin 178-ci günü
İlin sonuna 187 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.41
Günəş - 06.12
Zöhr - 13.47
Əsr - 18.27
Məğrib – 21.31
 İşa – 23.19
E. ə. 209-cu ildə Böyük Hun imperatoru Mete xan taxta çıxıb.
1693 - cü ildə Londonda ilk qadın jurnalı "The Ladies' Mercury" nəşr olunub.
1893 - cü ildə Nyu-York fond birjası iflasa uğrayıb.
1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar.
1918-ci ildə Azərbaycan dili Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.
1921 - Azərbaycan K(b)P MK Ermənistanın Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı. Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyinin ilk cavabı idi.
1924-cü ildə Azərbaycanın Xalq artisti Məlik Dadaşov anadan olub.
1967-ci ldə Londonda dünyanın ilk bankomatı istifadəyə verilib.
1979-cu ildə Türkiyə Ağrı vilayətinin valisi inzibati binalarda çay içməyi qadağan edib.
1985-ci ildən 27 iyun dünyada Beynəlxalq Balıqçılıq Günü kimi qeyd olunur.
1991 - Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul edib. Yeni ittifaq müqaviləsinin imzalanması Moskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.
1991 - Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər. Bu, Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin azərbaycanlı yaşayış məntəqəsinə ilk böyük hücumu idi.
1993 - Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdərə 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini ələ keçirən ermənilər Ağdam şəhərinin bir neçə kilometrliyinə gəlib çıxıblar.
1998-ci ildə türkiyəli müğənni Kərim Təkin avtomobil qəzasında vəfat edib.
2013 – Azərbaycanın xalq artisti Səyavuş Aslan vəfat edib.
Mənbə: Milli.Az
27 iyun 2014
GO BACK