Qadin.NET / Bir ilimiz onsuz keçdi

Bir ilimiz onsuz keçdi

Milli.Az xəbər verir ki, bu gün xalq artisti Səyavuş Aslanın vəfatından bir il ötür. Ötəl ilin bu günü Səyavuş Aslanın ölüm xəbəri aktyoru sevənləri dərindən sarsıtmışdı. 
Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub.
Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub.
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!

Mənbə: Milli.Az

27 iyun 2014
GO BACK