Eyfel qülləsinin yaradılmasının 125-illiyi üçün qeyri-adi hədiyyə hazırlanıb.Mebel istehsal edən şirkətlərdən birinin təşəbbüsü ilə Parisdə Eyfel qülləsinin 125 yaşı şərəfinə qeyri-adi aksiya keçirilib. ANS PRESS-in məlmatına görə, Mars bağının ərazisində fransız paytaxtının simvolunun 13 metrlik surəti düzəldilib.
Qustav Eyfelin məşhur sənət əsərinin "kiçik bacı"sı 324 ədəd qırmızı rəngli bağ stulundan hazırlanıb. Aksiya təşəbbüskarlarının sözlərinə görə, layihə yubileyə xüsusi "hədiyyədən" başqa, həmçinin fransız sənayeçilərinin hazır cavablığının nümayişidir.Konstruksiya 7 iyuna qədər Mars bağının sahəsində duracaq, sonra onu şəhərin başqa yerlərindən birinə köçürəcəklər.
Mənbə: Anspress