BMT-nin insan haqları üzrə baş komissarı Navy Pillay İranda edamların sayının çoxluğuna və xüsusilə yeniyetmələrin edamına etirazını bildirib.Lent.Az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə,Pillayın iyunun 26-da verdiyi bəyanatda deyilir ki, Razieh İbrahimi 17 yaşında olanda öz ərini öldürdüyü üçün
edama məhkum olunub.Pillay qeyd edib ki, İbrahimi 14 yaşında ərə verilib və bundan sonra ailədə zorakılığa məruz qalıb.
Pillay bildirib ki, törətdiyi cinayətdən asılı olmayaraq yeniyetmələrin edamı beynəlxalq qanunla qadağandır.
BMT-nin məlumatına görə, İranda 18 yaşına çatmamış törətdiyi cinayətlərə görə 160 adam edama məhkum olunub.
İranda il başlanandan 250 adam edam olunub.
Mənbə: Lent.Az