“SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobillərin sahibləri öz avtomobillərini aeroport yolu üzərində Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrində ultra sürətli şarj avadanlıqları vasitəsilə 15-20 dəqiqəyə tam şarj edə biləcəklər.
Avadanlıqlar CHAdeMO, COMBO 2, AC TYPE mode2 standartlarını dəstəkləyir. Sürətli şarj avadanlıqları eyni anda iki avtomobili şarj edə biləcək ikili texnologiya ilə təmin edilib. Dolum müddətində müştəri şarjın statusu, müxtəlif parametrlər haqqında ətraflı məlumat ala biləcək. Ultra sürətli şarj avadanlıqlarının quraşdırılması nəticəsində ölkədə bu tip nəqliyyat vasitələrinin istifadəsinə marağın artmasına səbəb olacaq.
Mənbə: Milli.Az