Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Braziliyada keçirilən dünya çempionatında Bosniyaya 3-1 hesabı ilə məğlub olduqdan sonra İran millisinin baş məşqçisi Karluş Keyruş istefaya gedəcəyini açıqlayıb:
“Mən bu layihəyə öz sadiqliyimi göstərdim, lakin 11 ay ərzində yeni müqavilənin bağlanması barədə təklif almadım. İran millisi ilə işləmək mənim üçün şərəf idi. Mən bu ölkəni çox sevdim. İran futbolu, mənim futbolçularım və azarkeşlər həmişəlik mənim ürəyimdə qalacaqlar”, - deyə Karluş Keyruş bildirib.
Mənbə: Milli.Az