Google şirkəti avtomobillər üçün Android Auto adlı platforma hazırlayır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Google İ/O konfransında bəyan edilib.
Android Auto proqramına naviqasiya, multimedia və kommunikasiya funksiyaları daxildir. Avtomobillər üçün hazırlanacaq platformanın interfeysi smartfondakını xatırladacaq. Burada "ev", naviqasiya, musiqi və telefon kimi düymələr də olacaq.
İstifadəçilər Google Now funksiyası ilə səs vasitəsi ilə hazırkı yerini görə biləcək. Bu funksiya hazırda Android platforması ilə çalışan planşet və smartfonlarda var.
Mənbə: Milli.Az