Qadin.NET / "Qorxmayın, adamyeyən deyiləm"

"Qorxmayın, adamyeyən deyiləm"

 

"Onu görəndə çox qorxdum. Nağıllardakı adamyeyənlərə bənzəyirdi. Qorxudan donub qaldım, sonra qaçdım".
Pekin yaxınlığındakı Huayçjou vadisinə dostları ilə istirahətə yollanmış çinli turist gördüyü qorxulu məxluqun fotolarını da çəkməyə macal tapıb.
Həmin məxluq "Üzüklər hökmdarı" filmindəki Qolluma bənzəyirdi.
Amma sən demə, o məxluq qorxulu deyilmiş.
Milli.Az Xinhua-ya istinadən bildirir ki, "məxluq"un kimliyi bəlli olub.
Qorxuya düşmüş adam fotoları sosial şəbəkələrdə yayandan sonra minlərlə şəxs bu şəkilləri şərh edib. Şərhçilər arasında həmin "məxluq" da vardı.
"Pekindəki teatrlardan birində aktyoram. İstirahət günündə dostlarımla birlikdə kiçik elmi-fantastik film çəkmək üçün dağlara yollandım. 
Huayçjouda film çəkirdik. Çəkiliş arasındakı fasilədə qayaların arasına gedəndə qəflətən bir adam qışqırdı və əlindəki smartfonla şəkillərimi çəkməyə başladı. Sonra da qaçdı. Qorxmayın, adamyeyən deyiləm", - aktyor yazıb.
Mənbə: Milli.Az
26 iyun 2014
GO BACK