Qadin.NET / Dünya çempionatında Qurani-Kərim paylanılır

Dünya çempionatında Qurani-Kərim paylanılır

 

Küveyt Braziliyada keçirilən futbol üzrə dünya çempionatında xeyirxah addım atıb.Milli.Az Ans Press-ə istinadən xəbər verir ki, Küveyt 20-ci dünya çempionatında ispan, portuqal, ingilis və fransız dillərinə tərcümə edilmiş 250 min ədəd Qurani-Kərim kitabı paylamağı qarşısına məqsəd qoyub. Bu barədə Küveyt vəqflər nazirliyi qərar verib. 

Bu qərar bir sıra din xadimlərinin könlüncə olub. Belə ki, onlar Küveytin ingilis klublarını almaq, onlara pul yatırmaq kimi fəaliyyətlərindənsə, belə addımlar atmağının daha yaxşı olduğunu bildiriblər. 12 iyun tarixində start verilən dünya çempionatına 32 ölkənin milli komandaları qatılmışdı ki, onlardan müsəlman olanları da var. 
İyulun 13-də başa çatması planlaşdırılan çempionatı izləməyə gedən müsəlmanlar üçün həmçinin, xüsusi kitabçalar hazırlanıb ki, burada halal yeməklər verən, islam qaydalarına riayət edən restoranlar haqqında məlumatlar yer alıb.

Mənbə: Milli.Az

26 iyun 2014
GO BACK