Milli.Az İslam.Az-a istinadən bildirir ki, hər bir ibadətdə olduğu kimi, Ramazan orucunda da niyyət əsasdır. Ramazan orucunun niyyətini iki cür etmək olar. Birinci yol budur ki, Ramazanın birinci gününə keçən gecə (xalq arasında həmin gecəyə “niyyət gecəsi” deyirlər) adam gələn bir ayın orucunu niyyət etsin: “Sabahdan bir aylıq Ramazan orucunu tutmağa niyyət edirəm, qürbətən iləllah”. Bu niyyəti Ramazanın birinci günü sübh azanına kimi yubatmaq da olar.İkinci yol budur ki, adam hər günün orucunun niyyətini ayrı-ayrılıqda etsin. Yəni hər gecə sabahkı günün orucunu tutmağa niyyət etsin: “Sabah Ramazanın filanıncı gününün orucunu tutmağa niyyət edirəm, qürbətən iləllah”. Hər günün niyyətini sübh namazına kimi də etmək olar. Əsas budur ki, insan bütün gün ərzində öz niyyətində qalmış olsun və niyyətini dəyişdirməsin.
Mənbə: Milli.Az