Huawei şirkəti Honor 6 smartfonunun rəsmi təqdimatını keçirib. Qabaqcıl smartfon Full HD təsvir ölçülü 5 düymlük ekran, səkkiznüvəli Kirin 920 çipi, Mali-T628 qrafikası ilə təchiz edilib.Milli.Az İCT news-a istinadən bildirir ki, smartfonun xüsusiyyətlərindən biri LTE Cat6 (nəzəri cəhətdən 300 Mbit/s-dək) texnologiyasını dəstəkləməsidir. Huawei Honor 6 smartfonunun əməli yaddaşının həcmi 3 QB, daxili yaddaşın həcmi 16 və ya 32 QB, microSD kartları üçün isə slot var. Aparat, həmçinin 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Aparata Android 4.4.2 KitKat əməliyyat sistemi quraşdırılıb.Huawei Honor 6 smartfonunun ölçüləri 139,8 × 68,8 × 6,5 mm, çəkisi 135 qramdır. Hələ ki smartfonun qiyməti və çıxarılma tarixi haqda informasiya yoxdur.
Mənbə: Milli.Az