Qadin.NET / Bu da ən sürətli Jaguar

Bu da ən sürətli Jaguar

 

Jaguar şirkəti öz tarixinin ən sürətli və güclü modelini - F-Type Project 7 rodsterini məxvilikdən çıxarıb. Onu bu yaxınlarda açılmış Special Operations bölməsi bir il əvvəl debüt etmiş eyniadlı prototip əsasında hazırlayıb. Cəmi 250 nüsxədən ibarət tirajla buraxılacaq yeni modelin ictimai debütü qarşıdakı həftəsonu Britaniyanın Qudvud ərazisində keçiriləcək sürət festivalında təşkil ediləcək.Milli.Az 4charx.com-a istinadən bildirir ki, rodsterin dizaynı keçən əsrin 50-ci illərində üç dəfə “24 saat Le-Man” marafonunda qalib gəlmiş və bu il 60 illiyini qeyd edən klassik D-Type sportkarı üslubunda yerinə yetirilib. Adi F-Type rodsterindən fərqli olaraq eksklüziv Project 7 daha qısa ölçülü ön şüşəyə sahibdir və onun tavanı qatlama mexanizmi yoxdur (yumşaq materialdan olan yuxarı hissə əl ilə açılıb-bərkidilir). Əlavə aerodinamik elementlər maksimal 300 km/saat sürətlə hərəkət zamanı avtomobili 177 faiz artıq sıxıcı güclə təmin edir.Sportkar 575 a.g. (standart F-Type R kupesindən və V8 S rodsterindən müvafiq olaraq 25 və 80 a.g. çox) və 680 Nm fırlanma anı hasil edən mexaniki kompressorlu beş litrlik V8 mühərriklə təchiz edilib. Avtomobil ZF avtomat transmissiyaya sahibdir. Belə güc qurğusu ilə avtomobil 0-100 km/saat sürətlənməni 3,9 saniyəyə həyata keçirməyə qabildir. Bu adi F-Type R modelinin müvafiq göstəricisindən 0,3 saniyə azdır.

Mənbə: Milli.Az
25 iyun 2014
GO BACK