Qadin.NET / Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi

Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi

 

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi:
general-mayor Babayev Elşad Çingiz oğlu
general-mayor Cəfərov Eyvaz Məmməd oğlu
general-mayor Osmanov Nizam Ramazan oğlu
general-mayor Piriyev Heydər Kamal oğlu
general-mayor Tahirov Ramiz Firudin oğlu
“general-mayor” ali hərbi rütbəsi:
polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu
polkovnik Həsənov Hikmət Hüseyn oğlu
polkovnik Kazımov Vasif Ramiz oğlu
polkovnik Mazanov İlqar Abbas oğlu
polkovnik Səfərov İdris Məmməd oğlu".
Mənbə: Milli.Az

 

25 iyun 2014
GO BACK