Qadin.NET / Uşaqlarınızın dilini o kəsir

Uşaqlarınızın dilini o kəsir

Alimlər televiziya verilişlərinin uşaqların inkişafına mənfi təsirini bir daha təsdiq ediblər. Valideyinlərin çoxu hətta öz övladları ilə ünsiyyətdə olan zaman da televizoru söndürməyi lazım bilmirlər. Alimlərin araşdırmaları isə təsdiq edib ki, bu cür davranış yolverilməzdir. Çünki fonda gələn səslər uşaqların danışıq qabiliyyətinin inkşafına ciddi əngəl törədir. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Tiffani Pempek adlı alimin rəhbərliyi ilə alimlər qrupu bir yaşından 3 yaşına qədər olan 49 uşağın öz valideynləri ilə ünsiyyətlərini izləyiblər. İki il ərzində davam edən müşahidələr zamanı həmişə fonda televizor səsi olub. Müşahidələrdən məlum olub ki, həmin fon səsi uşaqların nitqinin inkişafına mənfi təsir göstərib. Bu səbəbdən ABŞ pediatorlar akademiyası valideynlərə tövsiyə edir ki, övladları ilə ünsiyyətdə olarkən bütün kənar səsləri ləğv etsinlər ki, uşaqların nitqi daha yaxşı inkişaf eləsin. 

Mənbə: Milli.Az

26 iyun 2014
GO BACK