Qadin.NET / "Qəbələ" haqda informasiya toplamaqla məşğuluq"

"Qəbələ" haqda informasiya toplamaqla məşğuluq"

 

Bosniyanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə bağlı fikirlərini açıqlayıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:"İlk rəqibimiz bizim üçün müəmmalıdı. Hazırda "Qəbələ" barədə informasiya toplamağa çalışırıq. Ötən il Qazaxıstan təmsilçisi ilə qarşılaşmışdıq. Ona görə bu dəfə coğrafi mövqeyinə görə daha əlverişli olan rəqiblə düşməyimizi arzulayırdıq. Azərbaycan Bosniyaya yaxındı, amma istənilən halda bu ölkəyə səfər asan olmayacaq.Püşkatmadan razıyammı? Düzünü deyim ki, biz Cəbəllütariq komandası ilə düşmək istəyirdik.

Hədəfimiz Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanmaqdı. Klub rəhbərliyi qarşısında öhdəçiliyimizlə yanaşı biz həm də ölkəmizin reytinqini yaxşılaşdırmalıyıq. Bu, növbəti mövsümlərdə klublarımızın mübarizəyə daha gec qoşulması baxımından vacibdi".

Mənbə: Milli.Az 

25 iyun 2014
GO BACK