Qadin.NET / "Barselona"dan növbəti transfer

"Barselona"dan növbəti transfer

 

"Barselona" heyətini daha bir qapıçı ilə gücləndirib.Milli.Az klubun saytına istinadən xəbər verir ki, "Barselona" "Real Sosyedad"ın qolkiperi Klaudio Bravonu transfer edib. Katalonlar 31 yaşlı qolkiperlə dörd illik müqavilə imzalayıblar. Bu qapıçı Çili millisində çıxış edir və dünya çempionatında qrupdan çıxaraq növbəti mərhələyə yüksəlib.

Mənbə:Milli.Az 

25 iyun 2014
GO BACK