Bir neçə gün öncə “Neftçilər” metrosunun qarşısından Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisinə işləyən 214 saylı marşrut sürücülərinin yol verdiyi qayda pozuntularıyla bağlı məlumat vermişdik. Hətta təqdim olunan fotolarda sürücülərin avtobusu qapısı açıq vəziyyətdə idarə etdiyi də öz əksini tapmışdı. Amma görünür, aidiyyəti qurumlar lazımi ölçü götürmədiyindən eyni vəziyyət davam edir. Bu dəfə isə sizə 214 saylı marşrut xətti üzrə hərəkət edən 10-TG-104 dövlət nömrə nişanlı avtobusun sürücüsünün “qəhrəmanlığının” videogörüntüsünü təqdim edirik.
Qeyd edək ki, guya, iyunun 10-dan etibarən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nəzarəti ilə avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və avtobus sürücülərinin iştirakı ilə yol qəzalarının qarşısının alınması üçün Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, şəhərin bütün küçə və yollarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinin sənədlərinin yoxlanılması, onların "Yol hərəkəti haqqında" qanuna riayət etmələri yoxlanılır...
Mənbə: Milli.Az