Qadin.NET / Azərbaycan Superkubokunun keçiriləcəyi yer məlum oldu

Azərbaycan Superkubokunun keçiriləcəyi yer məlum oldu

 

Futbol üzrə Azərbaycan Superkuboku uğrunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək matçın Qəbələ şəhər stadionunda baş tutacağı rəsmiləşib. Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.Onun sözlərinə görə, qarşılaşma avqustun 13-də oynanılacaq: "İnşallah, möhtəşəm matç təşkil edəcəyik. Düzdür, hələ klublarımızın razılığı alınmayıb. Amma hesab edirəm ki, müəyyənləşdirdiyimiz tarix hər iki komanda üçün münasibdir. Çünki həmin vaxt nə "Qarabağ", nə də "Neftçi"nin Avrokubok matçı olacaq. Qəbələ şəhər stadionunda da işlər tamamlanıb və hətta "Qəbələ"nin Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə Avroliqa qarşılaşmasını qəbul edəcək".Qeyd edək ki, ötən il Azərbaycan Superkuboku matçı Naxçıvanda "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilib. Oyun Lənkəran təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Mənbə:Milli.Az 

25 iyun 2014
GO BACK