Qadin.NET / "Facebook"da nə baş verir?

"Facebook"da nə baş verir?

 

Sosial şəbəkədə son günlər tez-tez problem yaranır. Sosial şəbəkələr arasında ən populyarı olan Facebook-un fəaliyyətində bu səhərdən etibarən yenə də problemlər yaranıb.Milli.Az anspress-ə istinadən xəbər verir ki, Facebook Azərbaycanda bir neçə dəqiqəyə yaxın açılmayıb. Sosial şəbəkədə problemlərin Türkiyə və Rusiyada da zaman-zaman müşahidə olunduğu bildirilir. Facebook rəhbərliyi tərəfindən saytda texniki problemlərin yarandığı bildirilir.Qeyd edək ki, ötən həftə də Facebook-da problemlər yaranmışdı. Sosial şəbəkəyə giriş zamanı Rusiya, Belarus və Türkiyədə problemlər yaranıb. 20 dəqiqə ərzində yaranan problemlər nəticəsində sosial şəbəkəyə 500 min dollar ziyan dəydiyi bildirilirdi.

Mənbə:Milli.Az 

25 iyun 2014
GO BACK