Qadin.NET / Ağstafa sakini yeni intellektual oyun kəşf edib

Ağstafa sakini yeni intellektual oyun kəşf edib

 

Milli.Az Kəpəz tv-yə istinadən bildirir ki, 61 yaşlı ehtiyatda olan zabit Nizami Əfəndiyev 2 il öncə "Şahanə" adlandırdığı kəşfini Azərbaycan Müəllif Hüquqları Agentliyində təsdiqlədərək Şəhadətnamə də alıb. 

2 helikopter, 2 döyüş maşını, 2 qırıcı təyyarə, eyni sayda havadan mühafizə qurğusu, uzaqvuran qanadlı raket və onların qarşısında əsgərlər - sadalananlar hamısı “Şahanə” oyununun fiqurlarıdır. 
İxtiraçı Nizami Əfəndiyev həmin fiqurları da özü düzəldib. Böyük səbrlə taxtadan yonub hazırladığı “Şahanə” fiqurlarının sayı 48-dir ki, onların da yarısı əsgərlərdir. 
60 yaşlı Ağstafa sakini bu oyunun həm ölkəmizdə, həm də dünya dövlətlərində böyük maraqla qarşılanacağına ümid bəsləyir. Onun sözlərinə görə, artıq kəşf etdiyi hərbi oyunun dərsliyi də hazırlanıb. Uzun illər hərbçi olan Nizami Əfəndiyev “Şahanə”nin  oyunçuları arasında xalların yarı bölünməsi prinsipinin olmadığını, oyunda bir məğlub və bir qalib olduğunu söyləyib.
Qeyd edək ki, “Şahanə” taxta üzərində üfqi və şaquli olmaqla ağ və qara fiqurlarla oynanılır. Mərkəzdə ali baş komandan dayanır. Yaxınlığında isə hərbi komandan qərarlaşır. Artıq bölgədə "Şahanə" çempionları olmaq istəyənlər də var. Region əhalisi yeni oyunu öyrənməyə çalışır.
Ağstafa sakini “Şahanə” oyununu Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirərək patent hüququ alıb. Yaxın zamanlarda isə fiqurların kompüter variantı hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndəriləcək. Bundan sonra isə “Şahanə” çempionatlarına start veriləcək.

Mənbə: Milli.Az

25 iyun 2014
GO BACK