Qadin.NET / Azərbaycanda bayram gününün hava proqnozu açıqlandı

Azərbaycanda bayram gününün hava proqnozu açıqlandı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin sürəti azalacaq. Havanın temperaturu dünənlə müqayisədə 2-3 dərəcə yüksələcək.İyunun 26-da havanın isti keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 35 dərəcəyə çatacağı ehtimalı var.Azərbaycanın Aran rayonlarında isə sabah 38 dərəcə isti proqnozlaşdırılır.U.Tağıyeva bildirib ki, iyunun 23 və 24-də ölkə ərazisində müşahidə edilən temperatur iqlim norması daxilində olub.Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda nisbətən sərin və küləkli hava şəraiti müşahidə edilir.

Mənbə: Milli.Az

25 iyun 2014
GO BACK