Azərbaycanda hamiləliyə görə neçə gün məzuniyyət verilir? Milli.Az-ın məlumatına görə, bu sualla oxuculardan biri Day.Az saytına müraciət edib: «Dövlət idarəsində çalışıram və hazırda hamiləliyimin 4-cü ayındayam. Hamiləliyə görə mənə neçə gün məzuniyyət düşür?Əmək və Əhaşlinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə belə münasibət bildiriblər: «Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir».Bundan başqa, kənd təsərrüfatı istehsalında çalısan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və daha cox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) verilir.
Mənbə: Milli.Az