Qadin.NET / iPhone 6 gələn ay istehsal olunacaq

iPhone 6 gələn ay istehsal olunacaq

 

Apple şirkətinin tədarükçüləri növbəti ay Çində iPhone 6 smartfonunun kütləvi istehsalına başlayacaq. Bu haqda iyunun 24-də Bloomberg agentliyi məlumat yayıb Milli.Az İCT news-a istinadən bildirir ki,Reuters agentliyi yazır ki, smartfonların istehsalı ilə Hon Hai Precision Industry və Pegatron şirkətləri məşğul olacaq. Birinci şirkət cihazların 70%-ni, ikincisi isə 30%-ni hazırlayacaq.Bəzi məlumatlara görə, yeni iPhone iki ölçüdə təqdim ediləcək: 4.7 və 5.5 düym diaqonallı ekran. Appleın altıncı nəsil smartfonunun nümayişi üç ay sonra gözlənilir.
Mənbə: Milli.Az

 

25 iyun 2014
GO BACK