Qadin.NET / Beyini sürətlə işlədəcək 9 qayda

Beyini sürətlə işlədəcək 9 qayda

 

Bir az qəribə, amma faydalı məsləhətlər. İlk baxışda qəribə görünsələr də, bu tapşırıqlar sizin həyatınıza bir çox yeniliklər gətirəcək, özünüzü daha yaxşı tanımağınıza kömək edəcək.
1936-cı ildə amerikalı yazıçı Doroti Brand özünün “Oyan və yaşa” kitabında beynin sürətlə işləməsi və zəkanın itiləşməsi üçün bir neçə maraqlı tapşırıqla çıxış edib.
Bu tapşırıqlar sizə gündəlik və monoton həyat tərzindən uzaqlaşmağa, dünyanın yeniliklərlə dolu olduğunu göstərməyə xidmət edir. Doqquz bir-birindən maraqlı və qəribə tapşırıqları yerinə yetirdikdən sonra yaradıcılıq qabiliyyətinizin artdığını və fantaziyanızın genişləndiyini hiss edəcəksiniz.
1. Bir saat heç nə danışmayın. Yalnız birbaşa suallara cavab verin, amma ətrafınızdakı insanlara heç nə hiss etdirməyin. Özünüzü həmişəki kimi rahat və sakit aparın, heç kimə irad tutmayın, sizdən əlavə informasiya qoparmaq istəyənlərə fürsət verməyin.
2. 30 dəqiqə ərzində yalnız bir mövzu barədə düşünməyə çalışın. Çalışın ki, fikriniz yayınmasın.
3. 15 dəqiqə ərzində “mən”, “mənə” və “mənim” sözlərindən istifadə etməyin.
4.İnsanlarla dolu istənilən bir məkanın qarşısında dayanın və diqqətlə bu məkanın ölçülərini hesablayın.
5. İcazə verin, yeni tanış olduğunuz insan ancaq özü haqda danışsın. Bunu ona hiss etdirməyin. Nəzakətli davranın və müəyyən suallar verərək, ona tək olmadığını xatırladın.
6. Bir gün yalnız özünüz haqda danışmağa cəhd edin. Özünüzü tərifləməyin, şikayətlənməyin və ən əsası, həmsöhbətinizi darıxmağa qoymayın.
7. Özünüzə gündəlik və iki saatlıq plan qurun. Bu sərt qrafikə əməl etməyə çalışın.
8. Özünüzə 12 təsadüfi tapşırıq verin. Məsələn, heç bir nəqliyyat vasitəsindən istifadə etmədən evdən 20 kilometr uzaqlaşın. Və ya 12 saat yeməksiz qalmağa çalışın. Bütün günü bir kəlimə belə demədən keçirin, yalnız suallara cavab verin. Ya da bütün gecə yatmayın və işləyin.
9. Bütün gün ərzində verilən bütün suallara “hə” cavabı verin.
Mənbə: Milli.Az

 

25 iyun 2014
GO BACK