Qadin.NET / Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?

Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?

 

“Havalar dəyişən zaman (istidən soyuğa, soyuqdan istiyə) tənəffüs sistemi xəstəlikləri artır. Havaların dəyişməsi xüsusilə yuxarı tənəffüs yolu xəstəliklərinin-laringit, faringit və zökəm kimi xəstəliklərin də artması ilə nəticələnir”
Bunu Lent.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin "Ağ ciyər xəstəlikləri" kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov bildirib. Ağ ciyər xəstəliklərinin 800-ə yaxın növünün olduğunu bildirən pulmonoloq-alim qeyd edib ki, adıçəkilən xəstəliklər arasında ən çox yayılanı kəskin respirator xəstəliyi və vərəm xəstəliyidir: “Amma mübarizə tədbirləri nəticəsində vərəm xəstəliyinin saytında nisbətən azalma müşahidə olunur”.
“Bakıda daima müşahidə edilən tozlu hava ağ ciyər xəstəliklərinin yayılmasına səbəb olurmu” sualını R.Bayramov belə cavablandırıb: “Havada zərərli toz hissəcikləri nə qədər çox olarsa, bu, tənəffüs yollarının selikli qişasının zədələnməsinə səbəb olur. Bu da digər xəstəliklərin yaranması ilə nəticələnə bilər”.
O vurğulayıb ki, tikinti işləri daha çox olan şəhərlərdə, o cümlədən Bakıda peşə-toz xəstəlikləri (tənəffüs sistemi xəstəliklərinə daxildir) kənd yerlərinə nisbətən daha çox olur.
Onun sözlərinə görə, Azərbaycanda tənəffüs sistemi xəstəliklərinə daha çox uşaqlarda rast gəlinir. “Son dövrlər əhali arasında tənəffüs sistemi xəstəliklərindən daha çox geniş yayılanı yoluxucu xəstəliklərdir”, - R.Bayramov əlavə edib.
Mənbə: Milli.Az

 

25 iyun 2014
GO BACK