BMW şirkətinin də yeni avtomobillərində qüsurlar aşkarlanıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, şirkət bütün dünya üzrə 100 mindən çox avtomobilini geri çağırır. Buna səbəb isə BMW avtomobillərinin təhlükəsizlik yastıqlarında problemlərin aşkarlanmasıdır. Ekspertlərin fikrincə, təhlükəsizlik yastıqlarının sistemi avtomatik olaraq işə düşə bilər. Rütubətli iqlimi olan ölkələrdə BMW-dəki təhlükəsizlik yastıqlarının heç bir səbəb olmadan açılması ehtimalı daha çoxdur. Əsas təhlükə isə 2002-2006-cı illər arası istehsal olunmuş 3-cü seriya Р•46 ban tipi olan avtomobillərdədir.
Mənbə:Milli.Az