Qadin.NET / Kimlər sürücülük vəsiqəsi ala bilərlər?

Kimlər sürücülük vəsiqəsi ala bilərlər?

 

Avtomobil sahibi olmaq çoxlarının arzusudur. Lakin avtomobilə gedən yolda bir çox mərhələlərdən keçmək lazımdır. Bunlardan ən birincisi sürüclük vəsiqəsinin əldə edilməsidir. Vəsiqə əldə etmək üçün isə birinci olaraq həkim müayinəsindən keçməlisən.Lakin bir çox vətəndaşalarımız elə ilk müayinədən problemlərlə qarşılaşırlar. Həkim normal göstəricilərin yazılması üçün “şirinlik” istəyir. Vətəndaş həmin “şirinliy”i verməyəndə isə olur sürücülüyə “yararsız”.

Ekspert Ərşad Hüseynov modern.az-a açıqlamasında bildirdi ki, vətəndaşın sürücülük vəsiqəsi alması üçün müəyyən tələblər var. “Hətta o tələblərin ümumi şərtləri BMT-nin sazişində də öz əksini tapıb. Yəni istənilən şəxs sürücü ola bilməz. Buna həmin şəxsin sağlamlığı yol verməlidir”.
Ekspet bildirir ki, müayinə zamanı əsas diqqət görmə orqanlarına, qulaqlara, psixi, bir də müəyyən daxili orqanların vəziyyətinə önəm verilir. “Bura ürək, böyrək, mədə problemləri də şamil edilir, yüksək dərəcədə şəkər xəstəliyi olan insanlara avtomobil sürməyə icazə verilmir. Əgər bir şəxsin müayinə zamanı sürücülük üçün yararsız olduğu aşkar olunarsa, sürücü bu nəticə ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət edə bilər”.
Ə.Hüseynovun sözlərinə görə, bir dəfə infarkt keçirən insana ümumiyyətlə, maşın idarə etməyə icazə verilmir. “Lakin adam tanıyıram ki, 2 dəfə infarkt keçirib, amma buna baxmayaraq sürücülük vəsiqəsi var və avtombil idarə edir.
Hazırda qeyri-qanuni yolla sürücülük vəsiqəsi almaq üçün ən azı 800-1000 manat arası “şirinlik” verməlisən. Ömründə 1-ci dəfə sürücülük vəsiqəsi əldə edəcək adam mütləq tibbi müayinədən keçməlidir”.
“Orta statistik Azərbaycan sürücüsünün bildiyi” qırmızı ışıq”dır, bir də bilir ki, sağ və sol tərəfdən avtomobil gələndə neyləmək lazımdır.
Bunun üçün 4 istiqamətdə nəzəri materillar var: yol hərəkəti qaydaları, təhlükəsiz avtomobil idarəetmə, sürücülərin tibbi hazırlığı, sürücülərin hüquqi məsuliyyəti. İndiki zamanda sürücü hazırlığına psixoloq cəlb olunmalıdır. Bu səbəbdən ki, küçələr maşınla doludur. İstənilən avtomobil hərəkət zamanı sənə tərəf gələndə özünü itirməyəsən. Buna görə psixoloji hazılıq önəmlidir. Hazırda sürücülük məktəblərinin ştatlarında psixoloq işi nəzərdə tutulmayıb. Sürücülük məktəblərində 4 istiqamətdə dərslər keçirilir, vəssalam. Düşünürəm ki, sürücü özünü hazırlıqlı saymamış vəsiqə almağı heç ağlına da gətirməməlidir”, - deyə ekspert vurğulayıb.

Mənbə: Milli.Az 

24 iyun 2014
GO BACK