Bunu modern.az-a Standartlaşdırma, Metrologiya və Patent Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin “Aptamil” uşaq qidalarında GMO (geni modifikasiya olunmuş orqanizm) aşkarlanması faktına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, GMO yalnız bir partiya “Aptamil” uşaq qidalarında aşkar edilib, hansı ki, artıq Türkiyədə satışı qadağan edilib. Həmin partiyadan isə Azərbaycana idxal edilməyib. Buna baxmayaraq həmin uşaq qidalarının tərkibinin araşdırılması prosesini davam etdiririk. Hər hansı problem aşkar olunarsa, “Aptamil” uşaq qidalarının Azərbaycana idxalı qadağan oluncaq”.
Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı nazirliyinin araşdırması nəticəsində “Aptamil” uşaq qidalarında GMO aşkar olunub.
Mənbə:Milli.Az