Amerikada daha çox Yaponiya avtomobilləri oğruların hədəfinə çevrilirlər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın sığorta cinayətləri milli bürosu və sığorta şirkətlərinin araşdırdıqları statistik məlumatlar bunu deməyə əsas verir. Bu cərgədə lider isə "Honda Accord" avtomobilidir. İlk onluğa "Honda Civic", "Toyota Camry", "Toyota Corolla", "Chevy Silverado", "Acura Integra", "Cadillac Escalade", "Ford F350", "Nissan Altima" və "Chevy Tahoe" kimi avtomobillər düşüb.
Mənbə: Milli.Az