Qadin.NET / Azərbaycanlı rəssam Suriyada qızıl medala layiq görüldü

Azərbaycanlı rəssam Suriyada qızıl medala layiq görüldü

 

2014-cü ilin iyun ayında Suriyada ənənəvi təşkil olunan IX Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, “Dünya səhnədir” mövzusunda keçirilən müsabiqənin münsiflər heyətinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan tanınmış karikaturaçılar dəvət olunublar.

Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəssam qatılıb. Azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə müsabiqənin qızıl medalına layiq görülüb. Bu, rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

Mənbə:Milli.Az 

24 iyun 2014
GO BACK