Qadin.NET / General Motors-un başı bəlada

General Motors-un başı bəlada

 

Avtomobillərin işə salma kilidində aşkar olunan qüsurlar General Motors şirkəti üçün baha başa gələ bilər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkəti məhkəməyə verənlərin tələb etdikləri təzminatın məbləği artıq 10 milyard dolları keçir. 

Reuters agentliyinin məlumatına görə, General Motors şirkəti qüsurları müştərilərdən gizlətməkdə ittiham edilir. Şirkətin gizlətdiyi qüsurlar ucbatından dəfələrlə qəza baş verib, 13 nəfər həlak olub. Baş verən hadisələrdən sonra avtomobil nəhəngi 20 milyon avtomobili geri çağırmaq məcburiyyətində qalıb. Defekt aşkar olunan avtomobillərin qiyməti modeldən asılı olaraq 500 dollardan 2600 dollara qədər aşağı düşüb. Şirkətə qarşı məhkəmə iddiasını "Hagens Berman Sobol Shapiro" hüquq şirkəti xəsarət almış Anna Endryus adından irəli sürüb. General Motors geri çağırdığı avtomobillərə görə ümumilikdə 10 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər. Bu hadisələrə görə General Motors şirkətinin artıq 15 nəfər yüksək vəzifəli əməkdaşı işindən ayrılıb. Bundan başqa, avtomobil konserni dövlət tərəfindən də 35 milyon dollar cərimə olunub. 

Mənbə: Milli.Az

 

24 iyun 2014
GO BACK