Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nda öz əksini tapıb.
Qaydalara əsasən, üzrlü səbəb olduğu halda xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması), dərs məşğələlərinin başlandığı tarixdən 1 (bir) ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır.
Uşağın I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir.
Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilir. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinif də oxumasına yol verilir.
I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumas yolverilməzdir.
Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul
edilməyən 8 yaşdan yuxarı uşaqların təhsilə cəlbi "Fərdi təhsilin təşkili haqqında aydalar"a uyğun həyata keçirilir.Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır. Azərbaycanda orta məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidmət ərazisində yaşayan uşaqlar qəbul olunacaqlar. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nda öz əksini tapıb.
Qaydalara əsasən, şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir.
Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır. Komissiyanın iş günləri elan formasında valideynlərin (digər qanuni nümayəndələrin) diqqətinə çatdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı zəruri tədbirlər həyata keçirir.Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nı təsdiqləyib.Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni qaydalar uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə hazırlanıb.Yeni qaydalar imzalandığı üçün Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" qüvvədən düşmüş hesab edilib.
Mənbə: Milli.Az