Qadin.NET / Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər

Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər

 

Orucluq boyu tər göyərti və sudan tez-tez istifadə edin. Milli.Az Anspress-ə istinadən xəbər verir ki, Ramazan ayını sağlam keçirmək üçün bəzi vərdişlərinizi unutmalısınız. Ağır yeməklər, şərbətli şiriniyyatlar, xəmir xörəklərindən uzaq durmalısınız.

1-Axşamlar yatmağa 1 saat tez gedin, lakin imsaka mütləq qalxın
İmsaka qalxarkən yuxudan əziyyət çəkirsinizsə, axşamlar 1 saat erkən yatın. Çünki imsaka qalxmadığınız təqdirdə həmin gün sağlamlığınızda daha çox problem olacaq. İmsaq etməsən ,oruc tutanda ac qalmaq müddəti artır, metabolizm prosesinin sürəti düşür, halsızlıq, baş ağrısı, yorğunluk və diqqətsizlik yaranır. Uzun müddət aclıqdan sonra iftarda həddən artıq yeməyi və qanda şəkərin düşməsini əngəlləmək üçün imsakda həzmi yavaş, qida dəyəri yüksək olan qidalar qəbul edin.
2-İmsak süfrənizdə tər göyərtilər, meyvə və kompot mütləq olsun
İmsakda çox yağlı, çox duzlu və həddindən artıq şirin yemək olmaz. Bunların yerinə həzmi asanlaşdıran, mədə-bağırsaq sistemində uzun müddət qala biləcək liftərkibli göyərti, meyvə və tam taxıllı qidalara üstünlük verin. Gün ərzində qanda şəkərin miqdarının düşməsinin qarşısını almaq, mədə boşalmasını gecikdirmək üçün imsak vaxtı zəngin proteinli qidalarla qidalanmaq lazımdır. İmsaq üçün ən ideal qidalar: zeytun, pendir, yumurta, kəpəkli çörək, tər göyərti, süd, qatıq, meyvə və ya meyvə kompotlarıdır.
3-Çox vaxt ərzində az yemək yeyin
Günboyu ac qalan mədənin iftarda birdən yüklənməsi bır sıra problemlər, eləcə də ürəyin yüklənməsinə səbəb olur. Ürək tutması, yüksək təzyiq, beyin qanaması və s. riskləri artırır. Uzun müddət ac qalan mədəni birdən yükləməyin, az və tez-tez yeyin. Yemək yeyərkən tələsməyin. Çox vaxt ərzində az yemək yeyin.
4-İftarla imsak arasında 2 dəfə yemək qəbul edin
Normal halda 5 və ya 6 dəfə yemək qəbul edərkən Ramazan ayında imsak və iftarda 2 əsas yemək menyu hazırlayın. Bu şəkildə ola biləcək neqativ hal və ya metabolizmin sürətinin düşməsinin qarşısını ala bilərsiniz.
5-Qatıq və ayranı süfrənizin ayrılmaz dostu edin
Orucunuzu su və xurma ilə açdıqdan sonra şorba və ya salat kimi yüngül qidalarla iftara davam edin. Əsas yeməyə keçməzdən öncə 5-10 dəqiqə ara versəniz, mədəniz rahatlanar və daha az yeməyinizi təmin edər. Ətli və ya ətsiz, göyərtili yemək, qızardılmış ət ilə az miqdarda plov, makaron yeyə bilərsiniz. Bunlarla birlikdə həm protein, həm də kalsiumla zəngin olan qatıq və ayran da qəbul etməyi unutmayın.
6-Yay meyvələrindən hazırlanan şiriniyyatlara üstünlük verin
Yeməkdən 1-2 saat sonra meyvə və ya şirniyyat yeyə bilərsiniz. Lakin yediyiniz şirniyyatın şərbətli xəmirli və qızardılmış olmamasına fikir verin. Xüsusilə, mövsüm meyvələrindən hazırlanan südlü şirniyyatlar və ya dondurma sizin üçün yüngül və sağlam bir seçim ola bilər.
7-İftar və imsak arasında 10 stəkan su için
Ramazan ayı ilin ən isti aylarına düşür. Yay aylarında çox tərləmə su itkisini də artırır. Buna görə də bədəninizdə suyun miqdarına fikir verin. İmsaq vaxtı su qəbuluna xüsusi önəm verin. Bunun üçün evdə hazırlanan azşəkərli limonadlar, ayran, meyvə kompotları için. Ramazan boyunca 2 litr su içməyi düşünməyin, iftarla imsaq arasında ən az 8-10 stəkan su için.

Mənbə: Milli.Az

24 iyun 2014
GO BACK